İtlər məktəbliyə hücum etdi- ANBAAN
21 Noyabr 2026, 20:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1398
13.12.2019, 12:47
Hindistanda 12 yaşlı qıza atasının dostlarının təcavüz etməsi barədə xəbərlər rezonans doğurub.
“Hürriyət” xəbər verir ki, 12 yaşlı qız iki il ərzində başına gələnləri vəkilinə danışıb.
Qız hər həftə sonu evlərinə bəzi insanların gəldiyini və ona təcavüz etdiklərini, onlardan bəzilərinin atasının dostları olduğunu, bəzilərini isə tanımadığın söyləyib. Atası qızdan bəzən çılpaq fotolar çəkməsini istəyib və onları dostlarına göndərib.
“Hər şey atamın evə bəzi dostlarını dəvət etməsi ilə başladı. Evə gəlib içki içirdilər, sərxoş olub ana və atamın gözü qarşısında mənə sataşır, bədənimə toxunurdular. Bəzən yoxa çıxır, anamla yataq otağına gedirdilər. Bir gün atam məni dostlarından biri ilə yataq otağına saldı və qapını arxadan bağladı”, - 12 yaşlı hindistanlı qız danışıb.
Nəşrin məlumatına görə, atası evə hər gün insanları toplayıb, qızı ilə görüşmələri qarşılığında onlardan pul alıb. Vəkilləri isə qızın bu dövrdə ən azı 30 kişinin təcavüzünə məruz qaldığının ehtimal edildiyini açıqlayıb.
20 sentyabr 2019-cu ildə qız müəllimlərinin şikayəti əsasında uşaq evi rəsmiləri tərəfindən himayəyə götürülüb. Burada aparılan tibbi müayinədə uşağın dəfələrlə təcavüzə məruz qaldığı təsdiqlənib.
Şikayətlə əlaqədar atası da daxil olmaqla, dörd nəfər həbs edilib, daha beş nəfərin axtarışlarına başlanılıb. Bununla yanaşı, polis ailəyə yaxın daha 25 nəfərin təcavüzlə əlaqələrini aydınlaşdırmağa çalışır.
20:49 / 21 Noyabr 2026
21
20:33 / 21 Noyabr 2026
53
20:09 / 21 Noyabr 2026
523
19:14 / 21 Noyabr 2026
506
19:12 / 21 Noyabr 2026
101
18:41 / 21 Noyabr 2026
117
18:29 / 21 Noyabr 2026
108
18:19 / 21 Noyabr 2026
119
18:18 / 21 Noyabr 2026
126
17:54 / 21 Noyabr 2026
218
17:43 / 21 Noyabr 2026
2080
17:30 / 21 Noyabr 2026
154
17:17 / 21 Noyabr 2026
129
17:16 / 21 Noyabr 2026
161
17:08 / 21 Noyabr 2026
162
16:45 / 21 Noyabr 2026
128
16:39 / 21 Noyabr 2026
150
16:26 / 21 Noyabr 2026
304
16:20 / 21 Noyabr 2026
150
16:05 / 21 Noyabr 2026
131
16:00 / 21 Noyabr 2026
181
15:49 / 21 Noyabr 2026
178
15:48 / 21 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.