Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18669
az

Məşuqəsinə görə hamilə arvadı və iki qızını belə öldürdü – Qandonduran etiraf

11:4305 Oktyabr, 2019
1023
KRİMİNAL
  • A
 
Hamilə həyat yoldaşı və iki qızını gözünü qırpmadan öldürən amerikalı Kristofer Vatt ailəsinə qarşı törətdiyi qətliamın səbəbini etiraf edib.

Teleqraf.com xəbər verir ki, o bu barədə Çerlin Kadl adlı yazıçıya göndərdiyi məktubda yazıb.

34 yaşlı Vatt məktubda cinayəti məşuqəsi Nikol Kissincerə olan sevgisinə görə törətdiyini bildirib: "Nikki ilə tanış olmasaydım, bu cinayətləri işləməzdim".

{banner_reklam1}


Cani ata məşuqəsinin ona bir oğlunun olacağını deməsindən həyəcanlandığını qeyd edib:

"Nikol Kissoncer ilk oğlumu dünyaya gətirəcəyini deyəndə həyəcanlandım, buna görə də hamilə arvadımın öz uşğını düşürməsinə çalışdım. Avqustun 13-də Şananla mübahisə etməzdən əvvəl qızlarımın otağına getdim. Əvvəlcə Bellanın, sonra da Çeçenin otağına girdim və onları öldürmək üçün yataqlarındakı yastıqlardan istifadə etdim".

Kristoper bundan əvvəl 15 həftəlik hamilə arvadını öldürməyi planlaşdırmadığını və cinayətin təsadüfən baş verdiyini demişdi. Lakin o, məktubunda bunu təkzib edir: "Avqustun 12-də qızlarımı yatızdırdım və özümə "Bu, uşaqlarımı yatağa qoyduğum son andır" dedim. Bir gün əvvəl nə baş verəcəyini bilirdim və buna əngəl olmaq üçün heç nə etmədim".

Kristofer Vatt uşağı düşürməsi üçün hamilə arvadına ağrıkəsici dərman verdiyini etiraf edib. Düşünüb ki, hamilə qadının həyatına son qoymasından sonra hər şey daha asan olacaq.

Kristofer ailəsinin həyatına son qoyduqdan sonra məşuqəsi Nikol Kissincerlə birlikdə ola biləcəyini yazıb.

Kristoper Vatt keçən il hamilə arvadının və qızlarının itkin düşməsi iddiası ilə polisə müraciət etmişdi. Bununla kifayətlənməyərək, bir telekanala çıxaraq kömək istəmişdi. Lakin cəsədləri tapılan ailə üzvlərinin qatilinin Kristoferin özü olduğu aşkar edilmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi
Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı