Azərbaycanda kişi arvadını 50 manata “satışa” qoydu –
12:2217 May, 2018
3627
KRİMİNAL
A
Kişi həyat yoldaşının şəkillərini sosial şəbəkələrdə yayaraq onu şantaj edir.
Oxu24.com XəzərXəbər-ə istinadən bildirir ki, belə bir iddia ilə zərərçəkmiş Sona Paşayeva çıxış edir. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də əmisi oğlu Yalçın Paşayev şəkillərini ”odnoklassniki” sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir.
Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə ailə həyatı qursa da, evlilikləri cəmi 8 ay çəkib. O, həyat yoldaşından əkiz oğlan uşağı dünyaya gətirib. Həmin vaxtdan Sona Paşayeva qeydiyyatda olduğu Cəlilabad rayonunun məhkəməsinə müraciət edərək, əmisi oğlu Yalçın Paşayevdən boşanıb. Amma o vaxtdan bu günə qədər qadın bir dəfə də olsun uşaqlarına aliment ala bilməyib.
Məsələ ilə bağlı Yalçın Paşayevlə əlaqə saxladıq. O, qadının şəkillərini paylaşmadığını, ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu dedi.
Sosial şəbəkə vasitəsilə rüsvay edilən qadın məsələ ilə bağlı paytaxtın Nizami rayon hüquq-mühafizə orqanlarına məlumat verib. Oxu24.com
ŞƏRHLƏR