Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda camışla maşın toqquşdu: Sərnişin öldü,sürücü xəstəxanaya aparıldı

2019-10/1569914069_canis.jpg

KRİMİNAL

688

01.10.2019, 11:14

\"\"  Astarada yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com  xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara yolunun Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Zaur Mustafa oğlu Hacıyevin idarə etdiyi “Lada Priora” markalı, 99 NM 246 dövlət qeydiyyat nişanlı avtomobil Astaradan Bakı istiqamətində hərəkətdə olarkən camışa çırpılıb. Nəticədə, sürücü ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Avtomobildəki sərnişin - 1983-cü il təvəllüdlü Masallı rayon sakini Aslanov Cavid Nazim oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Həmçinin oxu:  Maral Tahirqızı ağır yol qəzasında vəfat etdi-SON DƏQİQƏ