Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı — FOTO

Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı — FOTO

KRİMİNAL

895

29.09.2019, 19:56

\"\" Bu gün səhər saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən quşçuluq fabrikinə məxsus “PAZ-672” markalı avtobus kənd ərazisində yoldan çıxaraq aşıb. “Oxu24.com” virtualaz.org-a istinadən xəbər verir ki, hadisə baş verən zaman avtobus yavaş sürətlə hərəkət etdiyindən fabrikə işə gedən fəhlə qadınlardan bir nəfər - Salyan şəhər sakini, 48 yaşlı Könül Məmmədhəsən qızı Abdulova xəsarət alıb.
O dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.