Sabirabad rayonunda İran İslam Respublikasının vətəndaşı olan qadın əri tərəfindən işgəncəyə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, rayonun Ətçələr kəndində 1992-ci il təvəllüdlü Golizadekah Alanagh Rogaye qeyri-rəsmi nikahda olduğu kənd sakini, 1993-cü il təvəllüdlü Ədalət Tomarov tərəfindən döyülüb.
Daha sonra o, qadına işgəncə verib, öz ölkəsinə getməyə imkan verməyib və bağlı qapı arxasında saxlayıb.
Ədalət Tomarov iranlı qadının umumvətəndaş pasportunu əlindən alaraq cırıb.
İşgəncələrə məruz qalan Golizadekah Alanagh Rogaye Daxili İşlər Nazirliyinin "102 Zəng" mərkəzinə müraciət edib. Müracət araşdırılması üçün Sabirabad rayon polis şöbəsinə göstəriş verilib.
Şöbədə aparılan araşdırma zamanı Ədalət Tomarovun iranlı qadına qarşı etdiyi qanunsuz hərəkətlər öz təsdiqini tapıb. Ədalət Tomarov şübhəli şəxs qismində saxlanılıb.
Məlum olub ki, Ədalət Tomarov Golizadekah Alanagh Rogaye ilə sosial şəbəkədə tanış olub. Bir müddət sosial şəbəkədə danışan gənclərin münasibətləri daha sonra isti münasibətə çevrilib.
Ədalət Tomarov sosial şəbəkədə danışdıqları zaman Golizadekah Alanagh Rogaye evlilik təklifi edib. Qadın onun təklifinə etiraz etməyib və Ədalət Tomarovu yaşadığı Tehran şəhərinə çağırıb.
2018-ci ilin yayında Ədalət Tomarov heç kimə demədən evdən çıxıb və İrana gedib. İranda olduğu müddətdə isə ailəsi onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Ədalət Tomarov bu müddətdə İranda Golizadekah Alanagh Rogayenin ailəsində qonaq olub və qızın atasının evliliyə razılığını alandan sonra isə Azərbaycana qayıdıb. Ədalət Tomarov iranlı sevgilisi ilə kəndə qayıdandan sonra hər şey ailə üzvlərinə aydın olub.
Həmin ilin yayında Ədalət Tomarovla Golizadekah Alanagh Rogaye toy edilib. Amma çütlük rəsmi nikaha düşməyiblər.
Faktla bağlı araşdırma aparılır.
Ədalət Tomarovun əməli sübuta yetirilsə, onu 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
Ədalət Tomarov kənddə dindar şəxs kimi tanınır, namaz qılır, ibadət edir. Oxu24.com
ŞƏRHLƏR