Şamaxıdan Bakıya gələn gənc qız itkin düşüb.
Oxu24.com-un məlumatına görə Bakıya qonaq gələn 22 yaşlı qız naməlum şəraitdə itkin düşüb.
Belə ki, Şamaxı rayon, M.P.Vaqif küçəsi 22 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Şükürova Günay Ağagül qızı paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi 181 saylı evə qonaq gəlib.
İlkin məlumatlara görə, yaxınlıqdakı mağazalardan birinə ərzaq almaq üçün gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR