Qaynar xətt:

(+99450) 247 90 86

Ağsuda dəhşətli qəza - 1 nəfər öldü, 4 nəfər ağır yaralandı

2019-09/1569595644_1569592923_qeza_0365.jpg

KRİMİNAL

778

27.09.2019, 18:47

\"\" Ağsu rayonunda ağır yol qəzası baş verib.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun 14-cü kilometrliyində baş verib. Ağsudan Kürdəmir istiqamətində hərəkətdə olan 1962-ci il təvəllüdlü Mayılov Vaqif Dövlət oğlu idarə etdiyi 10 GP 275 dövlət nömrə nişanlı \"VAZ 21074\" markalı avtomobillə əks istiqamətdən gələn 1995-ci il təvəllüdlü Hacalıyev Vahid Hacalı oğlunun idarə etdiyi 31 BE 962 dövlət nömrə nişanlı \"VAZ 21074\" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində V.Mayılov və sərnişinləri, 1986-cı il təvəllüdlü Qüdrətli Şahin Nəsrəddin oğlu, 1961-ci il təvəllüdlü Əmirova Şəla Osman qızı, digər sürücü Vahid Hacalıyev və sərnişini, 1967-ci il təvəllüdlü Səfərova Zeynəb Musa qızı ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. V.Hacalıyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.