Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18374
az

Bakıda qızdan ŞOK əməl: İti hamama salaraq, qonşunun...

17:3527 Sentyabr, 2019
4525
KRİMİNAL
  • A

 

Xəbər verdiyimiz kimi, Bakı sakini Fuad Musayevin yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyf naməlum şəraitdə oğurlanıb.

Oxu24.com -un  verdiyi xəbərə görə, Səbail RPİ və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.
Müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyeva evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.
Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədilə orada qazaraq basdırıb. Həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxu:  "Səni başından güllələyərəm" - Azərbaycanda məmur sakinlərə hücum çəkdi,işə polis qarışdı+VİDEO

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Polisin tutduğu 35 yaşlı qadının şok əməli üzə çıxdı