Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qorxunc hadisə - Transformatora girən uşaq yandı

Azərbaycanda qorxunc hadisə - Transformatora girən uşaq yandı

KRİMİNAL

1012

26.09.2019, 12:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Tovuz rayonunda azyaşlı transformatorda yanıb.
Trend-in məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.
Kənd sakini - 2007-ci il təvəllüdlü Əhmədov Kamil Telman oğlu oxuduğu Bozalqanlı kənd orta məktəbinin yaxınlığındakı transformatorun yerləşdiyi daş tikiliyə daxil olub və orada onu elektrik cərəyanı vurub. Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.