Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yeznə həbsdə olan qaynına heroin gətirib - FOTO

2019-09/1569481362_615d8c5fa066ebc.jpg

KRİMİNAL

1366

26.09.2019, 11:01

\"\"  Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən  Oxu24.com-a  verilən məlumatına görə, Cinayət Məcəlləsinin 178.1 və 67.1-ci maddələrinə əsasən 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsədov Əsgər İlham oğlu ilə qısamüddətli görüşə gəlmiş yeznəsi Kəngərli rayon sakini Əliyev Anar Bəxtiyar oğlunun üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi bükülüdə 0,238 qram narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.