Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının oğurlandığı məlum olub.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl yoxa çıxıb. Belə ki, sentyabrın 21-də axşam Ramin Hüseynov işdən evə qayıdanda həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. O, bu barədə dərhal polisə məlumat verib.
V. Hüseynovanın zorla oğurlandığı ehtimal edilir.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində cinayət işi başlanıb.
Hazırda V.Hüseynovanın yerinin müəyyən edilərək tapılması istiqamətində axtarışlar davam etdirilir. Oxu24.com
ŞƏRHLƏR