Bakıda naməlum sürücü yolun kənarında Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşını vurub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Naməlum sürücü paytaxtın Azadlıq prospekti, "Skripka” parkının yaxınlığında kobud qayda pozuntusu törədərək yolun kənarında təmizlik işləri aparan, Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Mehdiyeva Ramilə Əlizadə qızını vurub, hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
R.Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən "Mercedes E-Class” markalı 019 D 011 nömrə nişanlı avtomobilin sürücüsünün Liviya vətəndaşı Annsi Elnamrud olduğu müəyyən edilib.
Faktla bağlı istintaq davam edir.
Oxu24.com
ŞƏRHLƏR