Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18297
az

Elinanın məhkəməsində sinif yoldaşından ŞOK ifadə: Qan görəndə həzz alırdı

14:0425 Sentyabr, 2019
923
KRİMİNAL
  • A
 
Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib.

Oxu24.com  xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə mərhum E.Hacıyevanın nümayəndəsi Emin İsayev vəsatət verərək Sevinc Abbasovanın həbs edilməsini istəyib:

“O, şahidlərə təzyiq edir, prosesdən əvvəl onlarla danışıq aparır. Həmçinin jurnalistlərə açıqlama verərək Elina Hacıyevanın ölümünün səbəblərində valideynlərinin günahı olduğunu bildirir. Onun azadlıqda qalması cəmiyyətdə qıcıq yaradır”.

Hakim vəsatəti təmin etməyib.

E.Hacıyevanın məktəb yoldaşı Oqtay Hacıyev hadisənin necə baş verdiyini danışıb:

“2-ci mərtəbəydim, birdən nəsə düşdüyünü gördüm. Əvvəl elə bildim kiminsə gödəkçəsi düşdü. Sonradan gördüm ki, qızdır. Qaçaraq aşağı düşdüm, sinif yoldaşım Hüseyn də mənimlə idi. Qızı yerdən götürüb direktorun otağına apardıq”.

Elina hacıyevanın digər sinif yoldaşı Cahad Əlizadə ifadəsində bir sıra maraqlı məqamlara toxunub. O, bildirib ki, Elina onlara qan görəndə həzz aldığını deyirmiş.


Klinik Tibbi Mərkəzin uşaq cərrahı Əkrəm Çovdarov deyib ki, həmin günü növbədə olub:

“Elinanı rentgen, ultrasəs müayinələrindən keçirdik. Cərrahiyyə əməliyyatına ehtiyac yox idi. İlkin diaqnozu mən, Vaqif doktor və şöbə müdiri İlqar doktor məsləhətləşərək çıxardıq. Müayinə olunması üçün Reanimasiya şöbəsinə göndərdik. İlk olaraq Elina Hacıyevaya sistem köçürdük. USM müayinəsində keçirmişik. Həmin vaxt ağciyərində ödəm var idi. Ona görə reanimasiyada konservatik müayinə aparılmalıydı.

Polislər gəlmişdi, Elinanı dindirmək istəyirdilər. Yetkinlik yaşına çatmadığı üçün valideynini çağırdılar. Atası içkili olduğu üçün ifadə verməsinə icazə verilmədi. Həmin vaxt rəhbərlik məni çağırdı. Orda dedilər ki, Xalidə xanımı yuxarı qaldırım. Mən də Xalidə xanımla reanimasiyaya qalxdım. Orada o Elinanı gördü”.

Prosesdə fasilə elan olunub. (Qafqazinfo) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı