Bakı şəhər Sabunçu rayonunda 2 nəfərin öldüyü dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Bilgəh qəsəbəsi, 28 May küçəsində 1977-ci il təvəllüdlü Abbasov Zakir Akif oğlunu çoxsaylı bıçaq zərbələri ilə öldürüb sonra intihar edən 1957-ci il təvəllüdlü Rzayev Sərvər Əlibaba oğlunun Ukrayna vətəndaşı olduğu müəyyənləşib.
İlkin araşdırmalar zamanı məlum olub ki, S.Rzayev xeyli müddət əvvəl ailəsi ilə birlikdə Ukraynaya köçeb və həmin ölkədə işləyib. Bir müddət sonra onun sinir sistemində xəstəlik yaranıb. Müalicə olunmaq üçün Bakıya qayıdan Sərvər Rzayevin yenidən Ukraynaya getmədiyini görən ailəsi də Azərbaycana köçüb. Lakin burada onun müalicəsi baş tutmayıb. Belə ki, S.Rzayev xarici ölkə vətəndaşlığını qəbule tdiyindən onun stasionar müalicəyə yazılması və ruhi-əsəb xəstəxanasında saxlanmasında əngəllər üzə çıxıb.
Geridə qalan müddətdə xəstəliyi daha da şiddətlənən Sərvərin ailəsində də söz-söhbətlər yaranıb. Son olaraq sentyabrın 22-də evdə bilək damarlarını kəsən kişi küçəyə çıxaraq əlindəki bıçaqla qarşısına çıxan ilk insan olan Zakir Abbasova zərbələr endirib. O, daha sonra yaxınlıqdakı transformator kabinəsinə daxil olaraq yüksək gərginlikli elektrik xəttinə toxunaraq intihar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR