Qaynar xətt:

(+99450) 247 90 86

“Nəsimi” stansiyasında bıçaq zərbələri: Vahid Abdullayev bu cinayətə necə sürükləndi...

2019-09/1569166643_bicaq3.jpg

KRİMİNAL

1092

22.09.2019, 19:36

\"\" Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Türkmənistan  vətəndaşı 47 yaşlı Vahid Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu24.com virtualaz.org-a istinadən bildirir ki, hadisə ötən il sentyabrın 4-də Bakı Metropoliteninin \"Nəsimi\" stansiyasında baş verib. Stansiyanın platformasında 47 yaşlı Elnarə Quliyevanı bıçaqlayan V.Abdullayev hadisə yerindən qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətə aparıb çıxaran səbəblər isə  belə görünür ki, həm də yoxsulluq, işsizlik və evsizlik kimi sosial problemlər olub. İstintaq araşdırıb ki, V.Abdullayevlə E.Quliyeva 1998-ci ildən qeyri-rəsmi olaraq bir yerdə yaşayıblar. 2014-cü ildən etibarən  Elnarə Vahiddən ayrılıb. Vahid ona dəfələrlə zəng vuraraq barışmaq istəyib. Əks təqdirdə öldürəcəyi ilə hədələyib. Elnarənin \"mənə heç nə edə bilməzsən\" deməsindən və telefonu söndürməsindən əsəbləşən Vahid onunla haqq-hesab çəkmək qərarına gəlib. Evdən bıçaq götürüb, Elnarənin metropolitendə xadimə işləyən bacısı Şailənin yanına gedəcəyini güman edərək oraya yollanıb. Platformada pusquda dayanaraq onun qatardan düşməsini gözləyib. Qadına yaxınlaşaraq bayıra çıxmasını tələb edib, razılaşmadığını görəndə bıçaqla zərbələr endirib. Ətrafda qatar gözləyən şəxslər və polis əməkdaşları hadisəyə müdaxilə etdiklərindən onu Elnarəni öldürə bilməyib. E.Quliyeva təcili xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
\"Elnarəylə ailə qurdum, onu özümlə Türkmənistana apardım\"