Qanuni oğrular həbsxanada qiyam qaldırıblar.
Oxu24.com "İnterfax"-a istinadən xəbər verir ki,
hadisə Dağıstanda yerləşən 7 nömrəli islah koloniyasında baş verib. Qiyama bir neçə məhkum da qatılıb.
Bu barədə sentyabrın 20-də Federal Penitensiar Xidmətin mətbuat xidmətindən məlumat veririlib.Məlumata görə, vəziyyət fiziki güc və xüsusi vasitələrdən istifadə edilmədən həll edilib.
Qiyama səbəb həbsxana işçiləri tərəfindən məhkumların alçaldılması və hüquqlarının pozulması olub. İstintaq təcridxanasında çıxan iğtişaşları iki oğru - Ziyavudin Abdulxalikov (Zyava) və Şamil Maqomedov (Smolyansky) idarə etdiyi bildirilib.Ziyavudin Abdulxalikov 9 sentyabr 1959-cu ildə Kuppa şəhərində (Dağıstan) anadan olub. Dəfələrlə mühakimə olunub. 1990-cı ildə İvan Çerniqovun (İvan Ruka) iştirakı ilə Saratov vilayətində tacqoyma mərasimi keçirilib.
Dəfələrlə əmlak cinayətlərinə görə məhkum olunmuş Şamil Maqomedov, dörd il əvvəl o dövrdə kriminal aləmin lideri olmuş baba Hassanın şəxsi razılığı ilə taca sahib olub. Oxu24.com
ŞƏRHLƏR