Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir

2019-09/1568882197_old2.jpg

KRİMİNAL

855

19.09.2019, 12:35

\"\"  Bakının Xətai rayonunda dəhşətli cinayət faktı qeydə alınıb.
Bu barədə Oxu.Az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Qəddar cinayətin qurbanı 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovna olub. Telnova küçəsindəki mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qəsdən adam öldürmə faktı ilə Azərbaycan CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İlkin ehtimala görə, qadının qətlində oğlunun əli var. Cinayəti törədən şəxs gizlənib. Hazırda 34-cü Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsin axtarışına başlayıblar.