Nəsimi rayonunda kütləvi dava baş verib.
Oxu24.com “oxu.az”a istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.
Bayramov Tural Fərhad oğlu idarə etdiyi “BMW X5” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “Daewoo Centra” markalı avtomobilə yol verməyib.
Bu zaman sürücülər arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava baş verib.Dava zamanı “Daewoo”-nun sürücüsü 17 yaşlı Vəli Saleh oğlu Məmmədov və avtomobildə olan bir neçə nəfər bıçaqla T.Bayramova və “BMW”dəki sərnişinlərə hücum edib.
Hadisə zamanı yaralanan T.Bayramov dərhal xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı Nəsimi Rayon Polis İdarəsində araşdırılır.
Oxu24.com
ŞƏRHLƏR