Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda faciə! Meyiti yolun ortasında qaldı

Bakıda faciə! Meyiti yolun ortasında qaldı

KRİMİNAL

922

18.09.2019, 09:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
 
Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, metronun “Koroğlu” stansiyasının qarşısında, piyadalar üçün təyin edilməmiş yerdən yolu keçmək istəyən 45-50 yaşlı kişini Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Meyitə ilkin baxış keçirilən zaman üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb. Faktla bağlı araşdırma aparılır.