Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda məşhur teatrın tavanı çökdü

SON DƏQİQƏ! Bakıda məşhur teatrın tavanı çökdü

KRİMİNAL

749

17.09.2019, 10:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.
Oxu24.com -un  xəbərinə görə, hadisə bir neçə gün bundan əvvəl baş verib.
Faktı \"Report\"a teatrın Mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib. Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: \"Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında çökmə olub. Hazırda tavanda təmir işləri aparılır, demək olar ki, təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Tavanın çökməsi teatrın yeni mövsümünün fəaliyyətinə heç bir maneə törətməyib. Biz artıq bu həftənin sonundan yeni mövsümə başlayacağıq\". Qeyd edək ki, \"Facebook\"da Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən tavanın çökdüyü barədə məlumatlar yayılıb.