Qaynar xətt:

(+99450) 247 90 86

Polis əhalidən kömək istədi: Bu şəkli paylaşın!

2019-09/1568442670_05352475-2e0c-492b-a426-5ca5d72e3883-1.jpg

KRİMİNAL

1285

14.09.2019, 10:31

\"\"  Xaçmaz rayon sakini olan 32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə Qusarda itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan  Oxu24.com-a  verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşüb.
Rima Talıbovanın əlamətləri belədir: Boyu 160 sm., orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.