Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda adamları oğurlayıb "podval"a salan şəxs titullu idmançı imiş - Ermənistana da gedibmiş

2019-09/1568278769_69795974_1373506282804889_3943789449661382656_n.jpg

KRİMİNAL

1161

12.09.2019, 13:00

  Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən birinin kimliyi müəyyənləşib.
Oxu.Az-ın araşdırmasına görə, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür.
O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında medal qazanan beş idmançımızdan biri olub. O, düz 10 il əvvəl (sentyabrın 11-də) həmin yarışda bürünc medal qazanıb. Qeyd edək ki, həmin yarışda hazırda böyüklərdən ibarət cüdo millimizin üzvü olan Elmar Qasımov düşmən ölkədə qızıl medal qazanaraq Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.