Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ŞOK! Ərlə-arvad adamları oğurlayıb görün nə edirlərmiş

2019-09/1568188950_799ae13e-851c-48f3-b8dd-30a96337fa66.jpg

KRİMİNAL

1696

11.09.2019, 12:02

\"\"  Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ), Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.
BŞBPİ-nin Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.
Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib. {banner_reklam} Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Hüseynov, F.Eminoğlu, V.Allahverdiyev, A.Abbasova, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub. Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsininin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.