Qaynar xətt:

(+99450) 247 90 86

16 ildir axtarılan Cəlilabad sakini Gəncədə saxlanılıb

2019-09/1568008271_hebs-fotosu.jpg

KRİMİNAL

575

09.09.2019, 09:53

\"\"  Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 16 il axtarışda olan şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb. H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.