Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə bankda işləyən qızın başın kəsən oğlan Bakıda tutuldu

2019-09/1568008196_hebs-qadin.jpg

KRİMİNAL

1047

09.09.2019, 09:49

\"\"  Göygöldə qətl törədən şəxs tutulub.
APA-nın qərb bürosunun verdiyi xəbərə görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 35 yaşlı Günay Cəlillini qətlə yetirən Orxan Məmmədov Bakı şəhərində saxlanılıb. Qeyd edək ki, məlum hadisə ötən gün Göygöl rayonu Üçtəpə kəndində qeydə alınıb. Belə ki, Gəncə sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədov 35 yaşlı Cəlilli Günay Yusif qızını yaşadığı evdə qətlə yetirib. G.Cəlillinin O.Məmmədovla birgə Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.