Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda DƏHŞƏT: Bir ailənin 5 üzvü eyni anda faciədə öldü

2019-09/1568006843_car_630_630.jpg

KRİMİNAL

1497

09.09.2019, 09:28

\"\"  İmişli rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
Oxu24.com  APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib. Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanl minik avtomobili yoldan çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində avtomobildə olan sürücü, İmişli sakinləri - sürücünün qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər. Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.