Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17672
az

Azərbaycanda polis əməkdaşı DƏHŞƏTLİ QƏTL TÖRƏTDİ – Qadının başını kəsib qaçdı

11:0708 Sentyabr, 2019
1285
KRİMİNAL
  • A
 
Bu gün Göygöl rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu24.com  xəbər verir  ki, Publika.az-ın əldə etdiyi məlumata görə, gecə saat 04 radlərində rayonun Üçtəpə kəndində yaşayan 1984-cü il təvəllüdlü Cəlilli Günay Yusif qızını qətlə yetirən Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədovun Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Gəncə Regional Bölməsinin polis serjantı olduğu və Beynəlxalq Bankın Gəncə filialında mühafizəçi işlədiyi məlum olub.

Bildirilir ki, gecə saatlarında iş yoldaşı, həmin bankda mütəxəssis kimi çalışan 35 yaşlı Günay Cəlillinin yaşadığı və Gəncə çayının sahilində yerləşən evə daxil olan Orxan bıçaqla onun boğazını kəsib. G. Cəlilli hadisə yerində vəfat edib. Həmin əraziyə əvvəlcədən bələd olduğu ehtimal edilən Orxan qaçaraq uzaqlaşıb.

Məlumata görə, Günay Cəlillinin həyat yoldaşı onlar evlənəndən bir müddət sonra vəfat edib. O, qızı ilə birgə bacısının evində yaşayırmış.

İlkin məlumata görə, O.Məmmədov iş yoldaşı və özündən 7 yaş böyük olan qadını qısqanclıq zəminində qətlə yetirib.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparlır.

Faktla Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb.

{banner_reklam1}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Ayaqları mavi olan quşun sirri

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq