Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli qəza: Məktəb direktoru kişinin üstündən keçdi

2019-09/1567748415_qeza-avto2.jpg

KRİMİNAL

1225

06.09.2019, 09:39

\"\"  Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz rayonunun Nabran kənd sakini, 1960-cı il təvəllüdlü Orucov Mirbala Zülfüqar oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada, Qusarçay kənd sakini, 1960-cı il təvəllüdlü Caniyev İslam İbrahimxəlil oğlunu vuraraq öldürüb. Qeyd edək ki, M. Orucov Nabran kənd məktəbinin direktorudur. Faktla bağlı araşdırma aparılır.