Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda fahişə saxlanıldı – Bu dəfə güzəşt olmayacaq

Bakıda fahişə saxlanıldı – Bu dəfə güzəşt olmayacaq

KRİMİNAL

1074

05.09.2019, 23:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Bakıda \"müştəri\"lərin ciblərini \"təmizləyən\" fahişə saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə “oxu.az”a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, əxlaqsızlıqla məşğul olan və şəxsi əmlakın oğurlanmasında ittiham olunan 32 yaşlı R.Zeynalova 2019-cu ilin may ayından axtarışda olub.
Polisə müraciət edən dörd şikayətçi R.Zeynalovanın görüşdən sonra onların pullarını oğurlayıb aradan çıxdığını bildirib. Qadın daha öncə də oxşar cinayətə görə saxlanılıb, lakin sonradan azadlığa buraxılıb. Lakin hadisənin dəfələrlə təkrarlandığı üçün bu dəfə ona güzəşt olunmayacağı bildirilir. Qeyd edək ki, 500 manat civarında edilən oğurluq xırda sayılır və buna görə həbs cəzası nəzərdə tutulmur. Belə hallarda inzibati sanksiyalar tətbiq edilir. Cəmi beş il öncə 100 manat civarında edilən oğurluqlar xırda hesab olunurdu, lakin penitensiar müəssisələr dolu olduğundan cəza siyasətinin humanistləşdirilməsi çərçivəsində respublikanın cinayət məcəlləsinə müəyyən dəyişikliklər edilib.