Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17481
az

Bakı sakininə 40 manata görə işgəncə verilib? - Artıq dozadan qarabasma gördüyü iddia edilir

16:0003 Sentyabr, 2019
792
  • A
 
42 yaşlı Bakı sakininin işgəncələrə məruz qalması faktı üzrə cinayətin təfərrüatı məlum olub.

Daha öncə Oxu.Az-ın verdiyi məlumata görə, avqustun 29-da paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 122, mənzil 4 ünvanında Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Həsənov Azər Əliyyə oğlu Rövşən adlı tanışından aldığı 40 manat borcu qaytara bilmədiyi üçün işgəncəyə məruz qalıb.

A.Həsənovun sözlərinə görə, saat 21 radələrində Rövşənin Elmir adlı dostu onu mebel daşımağa kömək etmək adı ilə aldadaraq Rövşənin yaşadığı ünvana aparıb. Həmin ünvanda Elmir və Rövşən A.Həsənovu dəmir parçası ilə döyərək, ayaqlarını qaynar su ilə yandırıblar.

Avqustun 30-u saat 04 radələrində A.Həsənov Rövşən və Elmirin yuxuda olmasından istifadə edərək qaçıb və 22-ci Polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının operativ-axtarış tədbirləri nəticəsində daha öncə dələduzluğa görə məhkum edilən 43 yaşlı Rövşən Xankişiyev saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər narkotik istifadəçiləridir.

A.Həsənovun R.Xankişiyevə 40 manat borclu olması qismən təsdiqlənib. Onlar arasında mübahisə "mal" (narkotik) üstündə yaranıb. Lakin dindirmə zamanı saxlanılan şəxs A.Həsənova işgəncə vermədiyini və döymədiyini bildirib.

Onun sözlərinə görə, dozadan çox narkotik qəbul edən A.Həsənovun halı pisləşib və məhz buna görə R.Xankişiyev onun üzərinə ilıq su töküb. A.Həsənov isə qarabasma və hallüsinasiya nəticəsində ona işgəncə verildiyini düşünüb.

Hazırda fakt üzrə araşdırma davam edir. Təyin edilən tibbi məhkəmə ekspertizasının nəticələri hələlik məlum deyil. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi