Qaynar xətt:

(+99450) 247 90 86

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO 

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO 

KRİMİNAL

41

20.10.2026, 11:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Oktyabr ayının 18-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.