Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17324
az

Bakıda üç uşaq anası ilə eşq macərasının dəhşətli sonu: "Ərim gələcək..." - TƏFƏRRÜAT

11:2930 Avqust, 2019
768
KRİMİNAL
  • A
 
{banner_reklam1}


Bakıda üç uşaq anasını qətlə yetirməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Fərhad Abuşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu24.com  Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

İttihama görə, hadisə bu il iyunun 8-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Kəmalə Mikayılova qəsəbənin Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.

Müəyyən edilib ki, Kəmalə Mikayılova sevgilisi tərəfindən öldürülüb.

Qadının Rusiyada işləyən əri iyunun 7-də Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi Fərhad Abuşov evdə mübahisə ediblər. Daha sonra Kəmalə Mikayılova küçəyə çıxaraq gedib. Fərhad Abuşov bıçaq götürərək onun arxasınca gəlib və küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.

Fərhad Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb.

Fərhad Abuşov saxlanılaraq 8-ci polis bölməsinə aparılıb.

İstintaq orqanı tərəfindən Fərhad Abuşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3 nəfər ölüb -DİN
Bakıda dəhşət: Gənc qız özünü binadan atdı
SON DƏQIQƏ! Bakıda məşhur şair həbs olundu

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi