Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Azərbaycanda yas mərasiminin keçirildiyi ev uçdu - XEYLİ YARALI VAR

2019-08/1566731905_bina_ucqun.jpg

KRİMİNAL

700

25.08.2019, 15:18

\"\" İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb. Kənddə yas mərasimi keçirilən iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.