Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17045
az

SON DƏQİQƏ: Bakıda GÜCLÜ YANĞIN -

18:1222 Avqust, 2019
994
KRİMİNAL
  • A
 
Fövqəladə Hallar Nazirliyi (FHN) “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, avqustun 22-də FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Baksol” yolundakı taxta bazarında baş verən yanğınla əlaqədar yaydığı məlumatda isə bildirilir ki, qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

“Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik”, - deyə BNA-nın məlumatında bildirilir.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Təcili Tibbi Yardıma çağırış saat 15:12-də daxil olub. Hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: “Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa bu barədə əlavə məlumat verəcəyik”.

***
Saat 15:40

Bakıda güclü yanğın başlayıb.

Redaktor.az-ın məlumatına görə, hadisə “Baksol” yolunda qeydə alınıb. Taxta anbarında baş verən yanğınının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.  

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ