Ağcabədi rayonunda iki nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezyan quyularının təmiri zamanı baş verib.
Ağcabədi rayon Subartezian İdarəsinin işçiləri su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üzərinə düşüb.
Hadisə nəticəsində 1979-cu il təvəllüdlü, idarənin çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994-cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR