Qaynar xətt:

(+99450) 247 90 86

Altı gün əvvəl toyu olmuşdu, bu gün çayda boğuldu

Altı gün əvvəl toyu olmuşdu, bu gün çayda boğuldu

KRİMİNAL

642

19.08.2019, 23:18

\"\" Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib. Hadisə \"İstisu\" istirahət mərkəzində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.
İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş. Faktla bağlı araşdırma aparılır.