Masallının 56 yaşlı sakini sirkə turşusu içərək özünü öldürüb.
“Oxu24.com” oxu.az-a istinadən xəbər verir ki, Masallı şəhərində yaşayan Əliyev Mübariz Zülfüqar oğlu evində sirkə turşusu içərək həyatına son qoymaq istəyib.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 56 yaşlı kişi 3-4 saatdan sonra reanimasiya şöbəsində dünyasını dəyişib.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR