"Roşka"ya hökm oxundu
13 Oktyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
258
13.08.2026, 19:40
Ədirnədə CHP millət vəkili Əhməd Baran Yazqanın da olduğu evdə səhər saatlarında baş verən dava ilə bağlı başladılan istintaqda diqqətçəkən iddialar ortaya çıxıb.
Oxu24.com xəbər verir ki, hadisə avqustun 13-də saat 03:15 radələrində Ədirnədəki mənzillərdən birində baş verib.
Qonşuların dava səsləri eşidərək polisə məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları göndərilib.
İlkin araşdırma zamanı millət vəkili Əhməd Baran Yazgan hücuma məruz qaldığını, mobil telefonunun götürüldüyünü və hadisə zamanı görüntülərinin çəkildiyini bildirərək şikayətçi olub. Hadisə ilə bağlı üç nəfər – Nuh D., Begüm Ş. və T.A. saxlanılıb.
Saxlanılan şəxslərin ifadələrində davanın başlanma səbəbi ilə bağlı fərqli iddia irəli sürülüb.
Şübhəlilərin sözlərinə görə, T.A.-nın evində ad günü qeyd edilib, daha sonra iştirakçılar spirtli içki qəbul edərək balkonda söhbət ediblər. İddia olunur ki, həmin vaxt Əhməd Baran Yazgan evdə olan qadınlardan biri ilə bağlı cinsi məzmunlu ifadələr işlədib və onunla yaxınlıq etmək istədiyini bildirib.
Şübhəlilər bu sözlərdən sonra tərəflər arasında mübahisə yarandığını, mübahisənin isə qısa müddətdə fiziki davaya çevrildiyini iddia ediblər.
T.A.-nın həmin anları mobil telefonu ilə qeydə aldığı bildirilir.
İstintaq zamanı T.A.-nın hadisə ilə bağlı görüntüləri könüllü şəkildə hüquq-mühafizə orqanlarına təqdim etdiyi məlum olub.
Görüntülərdə Əhməd Baran Yazqanın hücuma məruz qaldığı və tərəflər arasında qarşıdurmanın yaşandığı anların əks olunduğu bildirilir.
Sözügedən görüntülər istintaq materiallarına əlavə edilib. Bununla yanaşı, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün telefonlar və digər rəqəmsal materialların araşdırılması davam etdirilir.
İş üzrə diqqət çəkən digər məqam isə millət vəkilinə qarşı irəli sürülən cinsi xarakterli iddialarla bağlı ayrıca araşdırma başlanmasıdır.
Ədirnə Baş Prokurorluğunun şübhəlilərin ifadələrində səsləndirilən iddiaları ayrıca araşdıracağı və nəticələrlə bağlı Ankara Baş Prokurorluğuna təqdim olunmaq üçün hesabat hazırlayacağı bildirilir.
Yaralama və dava ilə bağlı əsas istintaq isə şübhəlilərin ifadələri, mobil telefonların ekspertizası və hadisə görüntüləri əsasında davam etdirilir.
Əhməd Baran Yazqanın polis idarəsində ifadə vermədiyi bildirilir.
Məlumata görə, Yazgan hadisə ilə bağlı ifadəsinin Ədirnə Baş Prokurorluğunda alınmasını istəyib. Bu səbəbdən onun prokurorluğa çağırılmasının planlaşdırıldığı qeyd olunur.
Hazırda istintaq davam edir və hadisənin bütün tərəflərinin ifadələri, görüntülər və rəqəmsal materiallar araşdırılır.
11:00 / 13 Oktyabr 2026
1
10:58 / 13 Oktyabr 2026
13
10:51 / 13 Oktyabr 2026
29
10:45 / 13 Oktyabr 2026
38
10:38 / 13 Oktyabr 2026
582
10:34 / 13 Oktyabr 2026
195
10:29 / 13 Oktyabr 2026
58
10:25 / 13 Oktyabr 2026
101
10:22 / 13 Oktyabr 2026
110
10:16 / 13 Oktyabr 2026
64
10:14 / 13 Oktyabr 2026
60
10:01 / 13 Oktyabr 2026
87
09:57 / 13 Oktyabr 2026
692
09:52 / 13 Oktyabr 2026
63
09:42 / 13 Oktyabr 2026
67
09:37 / 13 Oktyabr 2026
83
09:34 / 13 Oktyabr 2026
151
09:29 / 13 Oktyabr 2026
219
09:26 / 13 Oktyabr 2026
717
09:20 / 13 Oktyabr 2026
143
09:11 / 13 Oktyabr 2026
73
09:10 / 13 Oktyabr 2026
69
08:54 / 13 Oktyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.