Azərbaycanda həkim HƏBS EDİLDİ
18 Noyabr 2026, 12:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
342
07.08.2026, 20:05
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin rəisi Nurlan Səxavət oğlu Abbasov, həmin şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubalı oğlu Usubəliyev və qeyd edilən bölmənin zabiti Taleh Rizvan oğlu İsmayılovun qanunsuz əməllərinə dair keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılovun 2025-2026-cı illərdə müvafiq vəzifələrdə işləyərkən xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi və ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmaması, əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxsin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.
13:56 / 18 Noyabr 2026
1
13:12 / 18 Noyabr 2026
74
12:55 / 18 Noyabr 2026
80
12:53 / 18 Noyabr 2026
99
12:51 / 18 Noyabr 2026
153
12:32 / 18 Noyabr 2026
758
12:28 / 18 Noyabr 2026
99
12:20 / 18 Noyabr 2026
322
12:15 / 18 Noyabr 2026
104
12:10 / 18 Noyabr 2026
131
12:03 / 18 Noyabr 2026
96
12:03 / 18 Noyabr 2026
400
11:49 / 18 Noyabr 2026
192
11:43 / 18 Noyabr 2026
108
11:39 / 18 Noyabr 2026
116
11:35 / 18 Noyabr 2026
119
11:32 / 18 Noyabr 2026
114
11:22 / 18 Noyabr 2026
627
11:19 / 18 Noyabr 2026
147
11:15 / 18 Noyabr 2026
116
11:13 / 18 Noyabr 2026
106
11:11 / 18 Noyabr 2026
925
11:08 / 18 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.