Kürdəmirdə meyit tapıldı
18 Oktyabr 2026, 10:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
360
29.07.2026, 21:12
Bu ilin martında Cəlilabadda 15 yaşlı oğlunu ehtiyatsızlıqdan öldürən Səliqə Abdulhüseynovaya hökm oxunub.
Oxu24.com xəbər verir ki, məhkəmənin qərarı ilə o, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasına məhkum edilib.
S.Abdulhüseynova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə ittiham olunub.
Xatırladaq ki, hadisə bu il martın 10-da Cəlilabadın Sərhədabad kəndində baş verib.
İttiham aktına görə, evin böyük oğlu olan mərhum 15 yaşlı Mirkamal Abdulhüseynov məşğələdən gələndən sonra anası onu ət doğramağa kömək etməyə çağırıb. Mirkamal da stolun arxasında üzbəüz oturaraq anasına kömək etməyə başlayıb: yeniyetmə sol əli ilə əti tutub ki, anası kəssin.
Özü də sağ əlindəki bıçaqla tutduğu əti kəsməyə başlayıb. Bu zaman onun əlindəki bıçaq anasının əlini kəsib. Qadın həmin an ağrının təsirindən özündən çıxaraq, ehtiyatsızlıqdan əlindəki bıçağı oğlunun sinəsinə doğru uzadıb, onu bir az geri çəkmək istəyib. Amma bədbəxtlikdən bıçaq Mirkamalın sinəsini deşib və uşaq çoxlu qan itirib.
Qadın ərinin qorxusundan əvvəlcə oğlunun yıxılaraq sinəsinə dəmir batdığını desə də sonradan polis şöbəsində hadisəni etiraf edib. Xəstəxanaya aparılan Mirkamalı isə xilas etmək mümkün olmayıb. (lent.az)
13:15 / 18 Oktyabr 2026
1
13:05 / 18 Oktyabr 2026
26
13:01 / 18 Oktyabr 2026
37
12:51 / 18 Oktyabr 2026
48
12:47 / 18 Oktyabr 2026
59
12:42 / 18 Oktyabr 2026
89
12:26 / 18 Oktyabr 2026
889
12:21 / 18 Oktyabr 2026
65
12:18 / 18 Oktyabr 2026
452
12:15 / 18 Oktyabr 2026
139
11:39 / 18 Oktyabr 2026
65
10:31 / 18 Oktyabr 2026
965
10:29 / 18 Oktyabr 2026
128
10:27 / 18 Oktyabr 2026
97
10:25 / 18 Oktyabr 2026
87
08:10 / 18 Oktyabr 2026
52
07:14 / 18 Oktyabr 2026
44
00:00 / 18 Oktyabr 2026
260
23:59 / 17 Oktyabr 2026
171
23:34 / 17 Oktyabr 2026
203
23:19 / 17 Oktyabr 2026
214
22:59 / 17 Oktyabr 2026
214
22:49 / 17 Oktyabr 2026
233
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.