Qaynar xətt:

(+99450) 247 90 86

Yük maşını dərəyə aşdı, sürücü yaralandı, 17 yaşlı oğlu öldü - FOTO

2019-08/1565712321_68817868_2321097071552361_3535085657468698624_n.jpg

KRİMİNAL

990

13.08.2019, 20:04

\"\" Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü və bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com-un bölgə müxbiri xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayılllı rayonu ərazisində qeyd alınıb. 99-CZ-905 dövlət nömrə nişanlı “HOVA” markalı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Hadisə zamanı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Fazil Hüseyn oğlu xəsarət alıb. Onun sərnişini olan 17 yaşlı oğlu Süleyman Hüseynov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində vəfat edib. Onun meyiti FHN-nin xilasediciləri tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil veriilib. Faktla bağlı araşdırma aparılır.