Qaynar xətt:

(+99450) 247 90 86

Dənizdə batan 4-cü uşağın da meyiti tapıldı

2019-08/1565602347_1565593016_1565585926_boulma.jpg

KRİMİNAL

694

12.08.2019, 13:32

\"\" 10.08.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.