Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda məhkuma məxsus avtomat aşkarlanıb 

Bakıda məhkuma məxsus avtomat aşkarlanıb 

KRİMİNAL

106

24.06.2026, 16:18

Bakının Nərimanov rayonunda məhkuma məxsus avtomat aşkarlanıb.

Bu barədə Oxu24.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.