Hüseyn Quliyevə hökm oxundu
24 İyun 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
113
24.06.2026, 15:51
Hərbi xidmətə işə düzəltmək adı ilə bir neçə nəfəri aldadaraq onlardan pul alan şəxs məhkəmə qarşısına çıxarılıb.
Oxu24.com Qaynarinfo-ya istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs heç bir səlahiyyəti olmadığı halda tanışlarına onları hərbiçi kimi işə düzəldəcəyini vəd edib. O, bu yolla vətəndaşların etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.
Araşdırma zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr-noyabr aylarında zərərçəkmişlərdən birindən hissə-hissə ümumilikdə 4100 manat pul alaraq mənimsəyib. Bundan başqa, digər iki zərərçəkmişdən müvafiq olaraq 1100 manat və 2524 manat məbləğində vəsaiti eyni üsulla əldə edib.
Beləliklə, o, ümumilikdə 7724 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq əməli törədib.
Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə tövsif edib. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Hökmə əsasən, o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəl çıxarılmış hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün cəza müddətindən çıxılıb və üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
21:17 / 24 İyun 2026
1
21:06 / 24 İyun 2026
32
20:59 / 24 İyun 2026
52
20:47 / 24 İyun 2026
189
20:42 / 24 İyun 2026
65
20:40 / 24 İyun 2026
69
20:32 / 24 İyun 2026
46
20:29 / 24 İyun 2026
224
20:27 / 24 İyun 2026
55
20:25 / 24 İyun 2026
54
20:14 / 24 İyun 2026
61
18:47 / 24 İyun 2026
1115
18:46 / 24 İyun 2026
68
18:34 / 24 İyun 2026
72
18:29 / 24 İyun 2026
174
18:24 / 24 İyun 2026
652
17:53 / 24 İyun 2026
84
17:50 / 24 İyun 2026
75
17:49 / 24 İyun 2026
79
17:46 / 24 İyun 2026
77
17:43 / 24 İyun 2026
89
17:38 / 24 İyun 2026
95
17:36 / 24 İyun 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.