Qaynar xətt:

(+99450) 247 90 86

Füzulidə avtomobil piyadanı vuraraq öldürüb 

Füzulidə avtomobil piyadanı vuraraq öldürüb 

KRİMİNAL

97

15.06.2026, 09:52

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu24.com xəbər verir ki, hadisə gecə saatlarında "Fin qəsəbəsi" ərazisində baş verib.

Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.