DİN bu rayonda əməliyyat keçirib
10 İyun 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
839
10.06.2026, 15:41
Ötən il Sumqayıtda özünü binanın 15-ci mərtəbəsindən atan oğlanla bağlı dəhşətli faktlar üzə çıxıb.
Oxu24.com xəbər verir ki, 16 yaşlı C.A-nın ölümü ətrafında aparılan araşdırma yeni detalları üzə çıxarıb.
İstintaqla müəyyən edilib ki, yeniyetmə sosial şəbəkədə tanış olduğu 24 yaşlı transgender şəxs tərəfindən şantaj edilib. Sonradan o, yeniyetməyə qarşı hədə-qorxu ilə tələblər irəli sürüb, onun instaqram hesabını ələ keçirərək rüsvayedici məlumatlar yayıb.
İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs yeniyetməyə qarşı amansız rəftar edib və ona “Get, özünü as”, - deyərək intihara sövq edib. Nəticədə yeniyetmə gecə saatlarında özünü yaşayış binasının 15-ci mərtəbəsindən ataraq həyatına son qoyub.
Davam edən istintaq isə təqsirləndirilən şəxsin eyni üsulla başqa yeniyetməni də şantaj etdiyini üzə çıxarıb. 15 yaşlı həmin zərərçəkmiş başına gətirilənləri etiraf edib.
Transgender müttəhim isə ittihamları qəbul etməyib. N.A. heç kimi hansısa cinayətə məcbur etmədiyini, 70 gün sonra aparılan ekspert rəyi əsasında ona ittiham verildiyini əsas gətirərək bəraət istəyib.
Yekunda məhkəmə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin intihara sövq etmə, yetkinlik yaşına çatmayan şəxslərə qarşı ağır cinayət xarakterli başqa əməllər törədilməsi ilə bağlı ittihamları sübuta yetirilmiş hesab edib.
Məhkəmənin hökmü ilə N.A. cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib. (Qafqazinfo)
18:08 / 10 İyun 2026
1
17:57 / 10 İyun 2026
30
17:35 / 10 İyun 2026
51
17:07 / 10 İyun 2026
63
16:36 / 10 İyun 2026
1070
16:30 / 10 İyun 2026
96
16:30 / 10 İyun 2026
103
16:26 / 10 İyun 2026
69
16:25 / 10 İyun 2026
82
16:20 / 10 İyun 2026
65
16:16 / 10 İyun 2026
145
16:14 / 10 İyun 2026
77
16:13 / 10 İyun 2026
82
15:59 / 10 İyun 2026
124
15:50 / 10 İyun 2026
80
15:46 / 10 İyun 2026
100
15:43 / 10 İyun 2026
104
15:41 / 10 İyun 2026
703
15:26 / 10 İyun 2026
185
15:18 / 10 İyun 2026
170
15:16 / 10 İyun 2026
86
15:15 / 10 İyun 2026
292
15:09 / 10 İyun 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.