Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobil YANDI

Bakıda avtomobil YANDI

KRİMİNAL

71

10.06.2026, 14:12

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Oxu24.com-averilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yaxınlıqda yerləşən ağaclar yanğından mühafizə olunub.