Qaynar xətt:

(+99450) 247 90 86

Salyanda çətənə kolları yetişdirən şəxs həbs edilib 

Salyanda çətənə kolları yetişdirən şəxs həbs edilib 

KRİMİNAL

88

28.05.2026, 13:23

Salyanda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, onun yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram olan 101 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.