Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15903
az

Elinaya görə işdən çıxarılan direktor - Məhkəmədə görüntüləndi (FOTO)

18:2419 İyul, 2019
816
KRİMİNAL
  • A
Bu gün Bakı Apellyasiya Məhkəməsində təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Oxu24.com e-huquq.az-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Elina Hacıyevanın valideynlərinin nümayəndələri Sevinc Əliyeva və Emin İsayev bildirib ki, şikayət təmin edilməyib: "Şikayət vermə müddəti keçdiyinə görə, şikayətimiz təmin edilmədi. Biz Səbail Rayon Məhkəməsinin qərarını iyulun 13-ü bilmişik. Həmin gün də şikayət verdik. İndi məhkəmə bildirdi ki, müddət keçib və müddətin bərpası ilə bağlı Səbail Rayon Məhkəməsinə yenidən müraciət edilməlidir. Biz də bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət edəcəyik".

Xatırladaq ki, Səbail Rayon Məhkəməsində S.Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib. S.Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb. Həmin qərardan narazı qalan Elina Hacıyevanın valideynlərinin nümayəndələri apellyasiya şikayəti veriblər. Onlar S.Abbasovanın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı
Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı